EN

Basketbol: “Gəncə” “Ordu”ya, “Quba” “Lənkəran”a uduzdu

Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 13-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma B qrupu çərçivəsində baş tutub.

“Ordu” “Gəncə” ilə görüşdən qalib ayrılıb – 93:90. Günün ikinci qarşılaşması Qubada baş tutub. “Quba” doğma meydanda “Lənkəran”a 84:87 hesabı ilə məğlub olub.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Naxçıvan” “Sərhədçi”yə 80:76, “Abşeron” “Sabah”a 67:59, NTD “Neftçi”yə 105:100, “Sumqayıt” “Şəki”yə 98:93 hesabı ilə qalib gəlib.

Azərbaycan Basketbol Liqası
B qrupu, 13-cü tur
2 fevral

“Ordu” – “Gəncə” 93:90 (13:28, 23:19, 23:21, 24:15, 10:7)
Bakı İdman Sarayı.

“Quba” – “Lənkəran” 84:87 (21:18, 23:24, 26:23, 14:22)
Quba Olimpiya İdman Kompleksi.

Xallar: Şəki – 23. Gəncə – 22. Ordu – 22. Sumqayıt – 18. Quba – 16. Lənkəran – 16.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
48
13
arena.az

10Sources