AZ

Basketbol: “Sabah” cari mövsümdə 3-cü məğlubiyyətini aldı

Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyunları A qrupu çərçivəsində baş tutub.

Yarışın lideri “Sabah” “Abşeron”un qonağı olub. Son çempion zəif təsir bağışlayaraq, mövsümdə 3-cü dəfə uduzub.

İkinci pillədəki “Naxçıvan” isə “Sərhədçi” ilə üz-üzə gəlib. Murat Dikmenin komandası sonuncu periodda geridönüş edərək, çətin qələbəyə sevinib.

Qeyd edək ki, 13-cü tura fevralın 2-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 13-cü tur
31 yanvar

“Sərhədçi” – “Naxçıvan” 76:80 (22:26, 26:13, 18:16, 10:25)
Sərhədçi İdman Mərkəzi.

“Abşeron” – “Sabah” 67:59 (9:4, 21:19, 14:12, 23:24)
Abşeron Olimpiya İdman Kompleksi.

Xallar: Sabah – 23. Naxçıvan – 23. Abşeron – 19. Sərhədçi – 18. Neftçi – 17. NTD – 15.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
106
16
arena.az

10Mənbələr