EN

Rusiyadan 670 min insan qovulmaq təhlükəsi altındadır...- Aralarında azərbaycanlılar da var...

Yazını böyüt
Yazını kiçilt

“Hazırda Rusiya Federasiyasının ərazisində 670 min insan qeyri-qanuni yaşayır”.

Hafta.az  xəbər verir ki, bu sözləri Rusiya daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy “Komsomolskaya Pravda” radiosuna açıqlamasında deyib.

O, qeyd edib ki, 670 min nəfərin yarısından çoxu qadın və uşaqlardır.

Qorovoyun sözlərinə görə, bu sayda insan Rusiya ərazisində qanunsuz yaşayır, lakin 2024-cü il dekabrın 30-dan 2025-ci il aprelin 30-dək onların hüquqi statusu ilə bağlı məsələni həll etmək üçün müvafiq idarə və daxili işlər orqanları ilə əlaqə saxlamaq hüququ var.

“Xüsusi qeydlərimizi yoxladıqdan sonra... və ictimai asayişi təhdid edən hər hansı hüquq pozuntusunun olmamasını qiymətləndirdikdən sonra biz bu xarici vətəndaşların hüquqi statusunu tənzimləyəcəyik. Əks halda, onlardan ölkəni tərk etmələri tələb olunur”, - Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Rusiyada rəsmən vətəndaş kimi qeydiyyatda olan azərbaycanlıların sayı 622 min nəfərə yaxındır. Qeyri-rəsmi məlumatlara görə isə bu ölkədə 2,5 milyondan çox azərbaycanlı yaşayır.

2022-ci ildə Azərbaycandan Rusiyaya giriş edən və qeydiyyata düşən vətəndaşlarımızın sayı 327,9 min nəfər olub. Bu ölkədə müvəqqəti və daimi yaşamaq icazəsi ilə yaşayanların sayı isə 120-140 min civarındadır.

Chosen
56
5
hafta.az

6Sources