EN

Hidayət Heydərov BCF tərəfindən ilin ən yaxşı cüdoçusu seçildi

Azərbaycan millisinin üzvü Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hidayət Heydərov sevincini bu sözlərlə ifadə edib:

“Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.

Xatırladaq ki, Hidayət 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.

Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən “Ən yaxşı kişi komanda məşqçisi” adına layiq görülüb. O, bu mükafata layiq görüldüyü üçün hamıya təşəkkür edib:

“Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.

Chosen
28
32
arena.az

10Sources