EN

Rəfah Sərhəd Qapısından Misirə axın başlayıb - Daha 46 yaralı buraxılıb

Təxminən bir ildir tamamilə qapadılan və iki gün əvvəl açılan Qəzza ilə Misir arasındakı Rəfah Sərhəd Qapısından yeni xəbər var.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, açılışın ikinci günündə daha 46 xəstə və müharibədə yaralanan fələstinlilərin Qəzza zolağından Misirə keçməsinə şərait yaradılıb.

Məlumata görə, onlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nəzarəti altında Misirə aparılıblar: "Razılaşmaya əsasən, hər gün 50-dək xəstə və yaralının Rəfah qapısından müalicə üçün Misirə keçməsi planlanıb".

Tahir Şəlvəli

MİA.AZ

Chosen
12
mia.az

1Sources