EN

Çin müharibə hazırlığı görür?

Çin yeni ordu komandanlığı mərkəzinin tikintisinə başlayıb

Parol.az xəbər verir ki, ordu üçün bu irimiqyaslı tikinti layihəsi Çinin müharibə hazırlığı gördüyü iddialarını gücləndirib.

Böyük Britaniyanın “Financial Times” qəzeti peyk şəkillərinə və kəşfiyyat mənbələrinə istinadən Çinin öz ordusu üçün ötən ilin ortalarından Pekinin cənub-qərbində ordu komandanlığı mərkəzi tikdiyi ilə bağlı məlumat yayıb.

Qəzetin yazdığına görə, tikinti sahəsi artıq 6 kvadrat kilometrdən çox ərazini əhatə edir və potensial nüvə müharibəsi də daxil olmaqla, istənilən münaqişə zamanı Çin hərbi liderlərini qorumaq üçün yeraltı bunkerləri əhatə edəcək.

Məlumatda o da qeyd edilir ki, gələcək mərkəzin Pentaqondan 10 dəfə böyük olacaq.

Chosen
10
3
parol.az

5Sources