EN

Hakan Fidan Türkiyənin azad edilmiş fələstinliləri qəbul etməyə hazır olduğunu açıqlayıb

Türkiyə hakimiyyəti Qəzza zolağında azad edilmiş fələstinli məhbusların bir qismini qəbul etməyə hazırdır...

Poliqon xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Qətərdə səfərdə olan xarici işlər naziri xatırladıb ki, İsrail və HƏMAS hərəkatının əldə etdiyi atəşkəs razılaşmasının şərtlərinə görə fələstinli məhbuslar azadlığa buraxıldıqdan sonra artıq Qəzzada qala bilməzlər. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ankara razılaşmanı dəstəkləmək üçün məhbusların bir qismini qəbul edəcək.

Qeyd edək ki, fevralın 2-də Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani bildirib ki, İsrail və Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlamalıdır.

Fevralın 1-də isə İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə ƏrəbistanıQətərin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Fələstin Muxtariyyətinin Qəzza zolağına nəzarət hüququnu təsdiqləyiblər.

Poliqon.info

Chosen
27
50
poliqon.info

10Sources