“Avropanın çığır-bağırı Trampın vecinə də deyil”
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin etirazlarına baxmayaraq, Qrenlandiyada ABŞ-ın ərazi maraqlarını həyata keçirmək niyyətindədir.
AzPost bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Fox News-a müsahibəsində bildirib.
“…Bu (Qrenlandiya) bizim milli təhlükəsizliyimiz üçün həqiqətən vacibdir. Orada çinlilərin, rusların istifadə etdiyi dəniz yolları var. Açığını deyim ki, Qrenlandiyaya nəzarət edən Danimarka öz işini görə bilmir və yaxşı müttəfiq deyil”, – Vans bildirib.
“Beləliklə, biz özümüzdən soruşmalıyıq ki, milli təhlükəsizliyimizi təmin etmək üçün bu problemi necə həll edcəyəik? Əgər bu, Qrenlandiyaya daha çox ərazi marağı göstərməyi tələb edirsə, prezident Trampın edəcəyi budur. Avropalıların çığır-bağırı Trampın vecinə də deyil. O, Amerika vətəndaşlarının maraqlarını birinci yerə qoymağı düşünür” – deyə ABŞ-ın vitse-prezidenti əmin edib.
Yanvarın əvvəlində Tramp Qrenlandiyanın ABŞ-a qoşulması lazım olduğunu deyib və Danimarka adadan imtina etməsə, onu yüksək tariflər tətbiq edəcəyi ilə hədələyib.
1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya ilə bağlı Müdafiə Müqaviləsi imzalayıb. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb. Burada raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarət vəzifələrini yerinə yetirən Amerikanın Pituffik kosmik bazası yerləşir.