EN

Suriyanın yeni lideri Səudiyyə Ərəbistanına gedib -İLK XARİCİ SƏFƏR

Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şara Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.

 

Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

 

"Əl-Şara bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd əl-Şibani müşayiət edir", - agentlik yazıb.

 

Səfərlə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Chosen
32
12
senzor.az

10Sources