EN

Daha bir futbolçu "Fənərbağça"nı tərk edir: "Bu fürsəti qaçıra bilmərəm"

Təzəlikcə Anderson Taliska, Milan Skrinyar, Dieqo Karlos və Oqnyen Mimoviçi heyətinə qatan "Fənərbağça" mövsümün əvvəlində icarəyə götürdüyü Allan Saint-Maximinlə vidalaşmağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyanın "Napoli" komandası onunla danışıqlara başlayıb.

Bildirilir ki, italyanklubu artıq "Fənərbaxça"dan razılıq alıb: "İndisə futbolçunun sahibi olduğu "Əl-Əhli" klubu ilə danşıqlar gedir".

Türkiyədə xoşbəxt olduğunu, lakin A Seriyasında güclü komandada oynamaq fürsətini əldən vermək istəmədiyini bildirən 27 yaşlı cinah oyunçusu deyib ki, İstanbuldan ayrılamq qərarında qətidir: “Mən bu günədək Fransa, İngiltrə və Türkiyə liqalarınbda oynamışam. İndisə arzum olan İtaliya A Seriyasında böyük bir klubda oynamaq fürsətini qaçıra bilmərəm. istəmişəm. "Napoli" mənə bu fürsəti verir və getm\ək niyyətim dəyişməzdir. Sağ olsun, "Fənrbağça" klubu, istəyimə müsbət yanaşdı".

Fərid ASLAN
Mia.az

Chosen
4
mia.az

1Sources