EN

Səudiyyə Ərəbistanı ilə iqtisadi zonalar üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub

Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanla bağlı biznes maraqları, Qarabağ və iqtisadi zonalar üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatına görə, qeyd edilən məsələlərə Konfederasiyanın Baş katibi Ziya Hacılı ilə Səudiyyə Ərəbistanının İqtisadi məsələlər üzrə regional attaşesi Xalid Aqil arasında keçirilən görüşdə toxunulub.

Tərəflər ölkələr arasında iqtisadi, o cümlədən İslam Ticarət və İnkişaf Palatası tərkibində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar.

Chosen
11
vergiler.az

1Sources