EN

89 yaşlı kişi və arvadı dəm qazından öldü

Bakıda ahıl kişi və arvadı dəm qazından boğularaq ölüb.

Ölkə.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivindəki evdə baş verib.

1936-cı il təvəllüdlü İsax Xəlil oğlu Səfərəliyev və arvadı 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evdəki sobadan dəm qazının sızması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
6
26
olke.az

10Sources