EN

İnformasiya və rabitə sektoruna verilən biznes kreditlərinin həcmi 80%-dən çox artıb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən informasiya və rabitə sektorunaverilmiş biznes kreditlərinin həcmi 635,9 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 287milyon manat və ya 82,3% çoxdur. Belə ki, 2023-cü ilin sonundaAzərbaycandakı banklar tərəfindən informasiya və rabitə sektorunaverilmiş biznes kreditlərinin həcmi 348,9 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərənbankların biznes kredit portfelinin həcmi əvvəlki illə müqayisədə17,2% və ya 2 milyard 170 milyon manat artaraq 14 milyard 787milyon manata çatıb. 2023-cü ildə bankların biznes kreditportfelinin həcmi 12 milyard 616 milyon manat olub.

Chosen
7
az.trend.az

1Sources