EN

Moskvada yaşayış kompleksində baş verən hadisənin səbəbi bəlli olub - YENİLƏNİB

Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində baş verən hadisəyə səbəb naməlum qurğunun partlaması olub.

Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Lift otağında naməlum qurğu partlayıb. Hazırda hadisə yerində partlayış işləri üzrə mütəxəssislər işləyirlər", - agentliyin müsahibi bildirib.

11:35

Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində partlayış baş verib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin qumbara və ya əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

Partlayış nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

“Shot” “Telegram” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları sui-qəsd versiyasını araşdırır.

"Cebheinfo.az" 

Chosen
36
21
cebheinfo.az

10Sources