EN

Deputat müəllim adının mühafizəsinin təmin olunmasını təklif edib

Bakı. Trend:

Qloballaşan, mənəvi işğal və təcavüzdə ehtiva olunan, insanhaqları və demokratiya adı altında milli kimliklərə təcavüz olunanbir dövrdə Azərbaycan sözün əsl mənasında təhlükəsizlik adası kimiöz dəyərlərini ideoloji risklərdən qoruya bilir.

Trend xəbər verir ki, bunuMilli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasındaçıxışı zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, cəmiyyətdə bir sıra hallarda buməsələyə baxışda qüsurlar müşahidə olunur.

Milli dəyər yalnız ənənələr, musiqi, mətbəx deyil. Milli dəyərhəm də bizim tarixən formalaşan ideallarımızdır, məsələn müəllimidealı.

"Yaxşı, bəs bu gün sosial media və bütövlükdə mediada müəllimidealı nə dərəcədə qorunur? Çox təəssüflər olsun ki, bu gün müəllimlinç obyektinə çevrilib. Problemlər bütün sahələrdə var, o cümlədənproblemli sinifə buraxılmalı olmayan insanlar müəllimliyə yol tapabilir, amma bu problemlər yerində həllini tapmalıdır, bir-ikiproblem fonunda müəllum kultunu zədələməməliyik.

Kənd məktəbində iki müəllimin mübahisəsi, yaxud hansısa birmüəllimin hər hansı pozuntu törətməsinin media səhifələrindəyayımlanması bu cəmiyyətə heç nə vermir, amma müəllim kimliyiniyerlə yeksan edir. Bəli, hansısa müəllim fəaliyyətində nöqsana yolverirsə, aidiyyatı məsuliyyətini daşımalıdır, lakin yerində, beləməsələləri ictimailəşdirib müəllimə ehtiram ənənələrinindağılmasına yol vermək olmaz. Bu mənada hesab edirəm ki, artıqqanunvericilik səviyyəsində müəllim adının mühafizəsi təminolunmalıdır”, - deyə B.Məhərrəmov qeyd edib.

Məqalədə:
Chosen
7
az.trend.az

1Sources