Rusiya hərbi qüvvələri Ukraynanın Pokrovsk şəhərinə kəskin hücumlar edir.
AzadMedia.az xəbər verir ki, müşahidəçilərin sözlərinə görə, Ukrayna ordusu tezliklə şəhərə nəzarəti itirə bilər.
Şəhərin əsas təchizat yolu son günlərdə Rusiyanın dron hücumlarına məruz qalıb.
Rusiya hərbçiləri Pokrovskun 30 kilometrliyinə qədər çatıb, şəhərin ətrafındakı strateji yüksəklikləri ələ keçiriblər.
Təchizat yollarının dağıdılması və bölgədə olan azsaylı quru qoşunları Pokrovskun müdafiə gücünün tükənəcəyindən xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski hərbi yardımın dayanmadığını bildirib.
Ukraynalı komandirlər isə qeyd edirlər ki, müdafiə xəttini qorumaq üçün yetərli rezervə malik deyillər və yeni piyada dəstələri əməliyyatları icra edə bilmir.
Amerika Birləşmiş Ştatları rəhbərliyi müharibəni dayandırmaq üçün hər iki tərəfə təzyiq göstərir.
Prezident Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb.
Bu, rəsmi Kiyevi təəccübləndirib, eyni zamanda, Rusiya ordusuna cəbhədə yeni dinamika qazandırıb.