EN

Ukrayna separatçı Sarkisyanı axtarışa verib

Könüllülər batalyonunun təsisçisi və qondarma "Donetsk Xalq Respublikası"nın Boks Federasiyasının rəhbəri Armen Sarkisyan Ukraynada axtarışa verilib. Bu barədə Rusiya mediası məlumat yayıb. 

Qeyd edilib ki, Sarkisyan 2015-ci ildən "Mirotvorets" məlumat bazasında olub. Onun kartında deyilir ki, separatçı “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə cəhddə”, habelə müharibədə iştirakda ittiham olunur. O, həmçinin “kollaborantlıq fəaliyyətində” ittiham olunur.


Xatırladaq ki, Sarkisyan bu gün Moskvadakı “Alıye Parusa” elit yaşayış kompleksində baş verən partlayış nəticəsində xəsarət alıb.

Tural

Chosen
34
news365.az

1Sources