EN

Mbappe portuqaliyalı futbolçunu "Real"a məsləhət görüb

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe sabiq komanda yoldaşı Nunu Mendeşin transfer olunmasını istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Gol Digital” nəşri məlumat yayıb.

Hücumçu Fransa təmsilçisi PSJ-də çıxış edən portuqaliyalı cinah müdafiəçisini "Kral klubu"na məsləhət görüb.

Qeyd edək ki, Nunu Mendeş cari mövsüm Paris komandasının heyətində 23 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
28
3
bakivaxti.az

4Sources