EN

Armen Sarkisyan öldü YENİLƏNİB

Tanınmamış “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti” və “Arbat” batalyonunun təsisçisi, erməniəsilli Armen Sarkisyan Moskvada törədilən partlayışdan sonra ölüb. 

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, o, yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində ölüb. 

14:09

Moskvanın “Aviasiya” küçəsində yerləşən elit “Alıe parusa” yaşayış kompleksində partlayış olub.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumatlara görə, partlayışın törədilməsində məqsəd tanınmamış DXR-in Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunu yaradan 46 yaşlı erməni Armen Sarkisyana sui-qəsd olub. Rusiya mediasının yazdığına görə, bu şəxs Ermənistanda anadan olub, yeniyetmə yaşlarında Qorlovkaya köçüb. O, 2022-ci ilin sentyabrında Donbasda erməni batalyonunun yaradıldığını elan edib. Sarkisyanın ağır yaralandığı və xəstəxanadakı reanimasiya şöbəsinə çatdırıldığı bildirilir.

Partlayış nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insidenti sui-qəsd adlandırıb.

Hazırda təhqiqat aparılır və hadisənin detalları dəqiqləşdirilir.

Chosen
31
1
xezerxeber.az

7Sources