EN

Moskvada partlayış: Erməni komandir ÖLDÜ

Moskvada partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyan ölüb.

Modern.az xəbər verir ki, bu baradə Rusiya teleqram kanalları məlumat yayıb.

Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Sarkisyan həyatını itirib.

***

14:14

Moskvadakı “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayış nəticəsində Ukraynaının Donbas vilayətində qurulmuş “Arbat” batalyonunun komandiri Armen Sarkisyan ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.

Modern.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, partlayış Sarkisyan təhlükəsizlik qüvvələrinin müşayiəti ilə zaldan keçərkən baş verib.

Yaşayış kompleksində baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, bir neçə nəfərin öldüyü bildirilir.

Ölənlər arasında Armen Sarkisyanın mühafizəçisi Oleq Kaspiroviç də var.

Armen Sarkisyanın hazırda komada olduğu, sol ayağının kəsildiyiyi bildirilir.

Armen Qorlovski kimi tanınan 46 yaşlı Sarkisyan Qorlovkada qanunsuz döyüşçülərin təlimi ilə məşğul olub.

A.Sarkisyan Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunur. O, Ukraynada axtarışa verilib, əvvəllər Ukrayna vətəndaşlığı olub.

"Arbat" batalyonu Armen Sarkisyan tərəfindən 2022-ci ildə Ukrayna ərazisində yaradılmış qanunsuz silahlı dəstədir. Təxminən 500 nəfərdən ibarətdir, əksəriyyəti etnik ermənilərdir. Dəstə Donbasda Ukrayna ordusuna qarşı döyüşür.

Chosen
40
3
modern.az

4Sources