EN

Rusiyanın yeni zenit-raket kompleksi IDEX-2025 sərgisində təqdim olunacaq

“Kalaşnikov” konserni 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək IDEX-2025 beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə olaraq yeni “Krona-E” zenit-raket kompleksini (ZRK) təqdim edəcək.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, qısa mənzilli ZRK olan “Krona-E” mühüm dövlət obyektlərini, o cümlədən şəhər və xüsusi əhəmiyyət kəsb edən yerləri hava zərbələrindən qorumaq üçün nəzərdə tutulub.

Bildirilib ki, kompleksin əsas hədəfləri düşmənin MALE (orta hündürlük və uzaq məsafə) tipli pilotsuz uçuş aparatlarıdır (PUA).

Komponentləri (radar, idarəetmə, avtomatlaşdırma, silah sistemləri və s.) bir zirehli döyüş maşınında birləşdirilən “Krona-E” ZRK hədəfləri 9M340 və 9M333 zenit idarə olunan raketləri ilə məhv edir.

Chosen
8
poliqon.az

1Sources