EN

İran XİN Tehranın Hizbullahı maliyyələşdirməsi ilə bağlı xəbərləri təkzib edib

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında Tehranın Beyrut hava limanı vasitəsilə Hizbullahı maliyyələşdirmək üçün nağd pul verməsi ilə bağlı xəbərləri təkzib edib.Missiya.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.İsmayıl Bəqai brifinqdə bildirib: “Bu, Livanın yenidən qurulmasına mane olmaq məqsədi daşıyan qəsdən dezinformasiyadır”.Xatırladaq ki, yanvarın 31-də “The Wall Street Journal” qəzetində iranlı diplomatların Hizbullahı maliyyələşdirmək üçün Beyrut hava limanından on milyonlarla dollarlarla dolu çamadanlar daşımaları ilə əlaqədar məqalə dərc edilib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
13
1
missiya.az

2Sources