EN

ADNSU-nun yeni rektoru kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bəs ADNSU-nun yeni rektoru kimdir? 

Məlumata görə, Rüfət Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri üzrə fəlsəfə doktorudur.

O, 2003-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, 2006-cı ildə kimya elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. London Materiallar İnstitutunun müxbir üzvüdür,  "Chartered Scientist" elmi adına layiq görülüb. O, BP şirkətində mühəndislik təcrübəsi qazandıqdan sonra "Unimetal" MMC-də çalışıb, metal sənayesində strateji inkişaf layihələrini idarə edib.

2021-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib. 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Elmi araşdırma sahələri kimyəvi kataliz, korroziya və biotexnologiyadır. 30-dan artıq elmi əsərin müəllifidir və 45 elmi-tədqiqat işinə rəhbərlik edib. 

Əli Hüseynov

 

Chosen
23
bakivaxti.az

1Sources