EN

Orban Putinin ən vacib keyfiyyətini AÇIQLADI

“Rusiya prezidenti Vladimir Putin həmişə verdiyi sözlərə əməl edib və bu, Budapeşt və Moskva arasında etimaddan danışmağa imkan verir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə rasional razılaşma əldə etmək Avropa İttifaqı ilə razılaşmadan qat-qat asandır.

“2009-cu ildə hakimiyyətə qayıtmaq ərəfəsində olanda onunla görüşdüm və diqqətimizi gələcəyə yönəldəcəyimizlə bağlı razılığa gəldik. Çoxlu razılaşmalar əldə etdik. Putin həmişə verdiyi sözə əməl edib. Son 15 ilin təcrübəsi göstərir ki, Macarıstan Rusiyaya etibar edə bilər. Rusiya ilə rasional razılaşma əldə etmək asandır. Brüsseldəki insanlarla bu, demək olar ki, mümkün deyil”, - Orban deyib.

QAZİLER.AZ

Chosen
11
qaziler.az

1Sources