EN

Putin Avropa liderlərini yıxıb sürüdü- Trampın ayaqlarına qapanıb quyruq bulayacaqlar...

Image

Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində yeni krizə səbəb ola biləcək açıqlamalar verib. 

Avropa siyasətçilərini dəyərləndirən Putin Fransanın keçmiş prezidentləri Şarl de Qoll, Fransua Mitteran, Jak Şirak və Almaniyanın keçmiş baş nazirləri Villi Brandt, Helmut Kol və Gerhard Şröderin dünya siyasətinin aparıcı simalarından olduğunu və onların öz baxışları uğrunda mübarizə apardıqlarını bildirib.

Avropada ixtisaslı siyasətçi qalmadığını bildirən Putin deyib ki, bəzən baş verənləri heyrətlə izləyirik: “İndiki siyasətçilər təhsilsizdirlər və bilmədikləri işlərlə məşğul olurlar. Bu, Avropa vətəndaşlarının maraqları üçün böyük bir fəlakətdir".

Avropa elitası ilə ABŞ prezidenti Donald Tramp arasında böyük "gərginlik" olduğunu bildirən Putin deyib ki, Bayden dövründə Avropada yüksək rütbəli insanlar Vaşinqtonun əmrlərini məmnuniyyətlə yerinə yetirirdi. Ancaq Trampı bəyənmədikləri üçün onunla mübarizəyə başladılar və ABŞ-ın siyasi həyatına və seçki proseslərinə ciddi müdaxilə etdilər. Tramp seçkilərdə qalib gələndən sonra isə başlarını itirdilər, nə edəcəklərini bilmədilər”.

ABŞ prezidenti Trampın gender siyasəti də daxil olmaqla, nəyin yaxşı və nəyin pis olduğu ilə bağlı Baydendən fərqli fikirləri olduğuna diqqət çəkən Rusiya lideri deyib ki, Tramp öz xarakteri və qətiyyəti ilə Avropa elitasını çox qısa müddətdə nizama salacaq: “Yaxınlarda hamısı sahibinin ayaqlarına qapanıb quyruq bulayacaqlar. Bu, çox qısa zamanda olacaq və hər şey yaxşı olacaq".

TAHİR





Chosen
33
50
baki-xeber.com

10Sources