EN

ABŞ ilə Ermənistan birgə hərbi təlim keçirib – Rusiyadan kəskin reaksiya gəlib

Hərbi əməkdaşlıq çərçivəsində ABŞ və Ermənistan Almaniyanın Hohenfels şəhərində ABŞ hərbi bazasında keçirilən “Birgə Qərar-2025” təlimində iştirak ediblər.

Təlim zamanı Ermənistan Müdafiə Nazirliyinin tibb personalı və ABŞ Milli Qvardiyaçıları döyüş meydanında tibbi müdaxilə ssenarilərini sınaqdan keçirmək üçün birgə fəaliyyət göstəriblər.

Ermənistan Müdafiə Nazirliyi təlimin məqsədini döyüş meydanında tibb personalının tibbi cavab imkanlarının artırılması, çoxmillətli əməliyyatlarda koordinasiyanın təkmilləşdirilməsi və NATO qüvvələri ilə birgə işləmək bacarığının gücləndirilməsi olduğunu açıqlasa da, bu təlim adi hərbi təlim kimi qiymətləndirilməyib.

1Sources