Ege dənizində 7 gün ərzində 1,3-4,8 bal gücündə 400-dən çox baş verən zəlzələ bölgə əhalisini qorxuya salıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, davam edən zəlzələlərdən sonra isə İzmir sahillərində dəniz suyu sürətlə çəkilməyə başlayıb.
Bu barədə NTV kanalına açıqlaa verən professor Naci Görür deyib ki, prosesi diqqətlə izləyirlər: "Xüsusən dünən və bu gün yüzlərlə zəlzələ olub. Ən böyüyü 4,8 bal gücündədir. əsas diqqət bu bölgədəki adalarda olmalıdır. Burada baş evrənlər eyni zamanda Muğla və Aydına da təsirsiz qalmayacaq. Hazırda suyun çəkilməsi və digər proseslər həyəcan yaradır, təbii ki.. Bu, təbii ki, zəlzələ ilə əlaqəliodir. İndidən dəqiq proqnoz vermək çətindir. Hər xırda proses diqqətlə aarşdırılır".
Zülfiyyə Mustafayev
Mia.az