İtaliyanın "Milan" klubunun müdafiəçisi Davide Kalabriya "Bolonya"da çıxış edəcək. Manset.az xəbər verir ki, 28 yaşlı oyunçu cari mövsüMilanmün sonuna qədər icarə əsasında "qırmızı-göylər"in şərəfini qoruyacaq. D.Kalabriya 2015-ci ildən "Milan"ın formasını geyinir və bu müddət ərzində 272 oyuna çıxıb, 10 qol vurub. “Bolonya” hazırda İtaliya A Seriyasında 37 xalla yeddincidir.