“ABŞ tezliklə Ukraynaya hərbi və iqtisadi yardımı dayandıracaq ki, bu da silahlı münaqişəyə son qoymağa imkan verəcək”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalı iqtisadçı, Nyu-Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
“Bəli, müharibənin tezliklə bitəcəyinə inanıram. Düşünmürəm ki, ABŞ Ukraynanı silahlandırmağa və ya maliyyələşdirməyə davam edəcək. Bu, ABŞ-nin maraqlarına uyğun deyil. Bu, Ukraynanın və Avropanın maraqlarına uyğun deyil. Bu müharibə bitməlidir. Bunun qarşısını almaq olardı”, – tədqiqatçı qeyd edib.
Saks həmçinin aydınlıq gətirib ki, Ukraynada münaqişə hərbi əməliyyatların davam etdirilməsi üçün lobbiçilik edən Amerika kəşfiyyat orqanlarının günahı ucbatından davam edir. Bununla belə, o, ABŞ prezidenti Donald Trampın vəziyyəti həll edə biləcəyini etiraf edib.