21 yaÅŸa qÉ™dÉ™r cüdoçuların ölkÉ™ birinciliyinin qızlar vÉ™ oÄŸlanlar arasında komanda yarışları keçirilib.Â
Bakıvaxtı.az xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar arasında 3, oğlanlar arasında isə 5 komanda qalib adı uğrunda yarışıb.
Qızların mübarizəsində 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq, oğlanların yarışında isə 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb.
Qızlar və oğlanlar arasında yarışda "Cüdo Klub 2012" kollektivi turnirin qalibi olub.