EN

5 məntəqədə bələdiyyə seçkilərinin nəticələri ləğv olundu

5 məntəqədə bələdiyyə seçkilərinin nəticələri ləğv olundu

81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib.

AzPost xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında qərar verilib.

MSK katibi Arifə Muxtarova deyib: “Həmin seçki məntəqələrində Bəcirəvan bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, həmin məntəqələrdə seçkinin nəticələri etibarsız hesab edilib”.

Chosen
7
26
azpost.info

10Sources