EN

Azərbaycan millisinin baş məşqçisi ilə yeni müqavilə - Rəsmi

  17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddəti uzadılıb.

Referans.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.

Belə bir qərar yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirak edəcəyi ilə əsaslandırılıb.

Yeni müqavilə mayın 1-dək nəzərdə tutulub.

Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.  

Chosen
17
3
referans.az

4Sources