EN

İqtisadi fəaliyyət qaydalarını pozan şirkətə protokol yazılıb

"Etay Group İç Və Dış Ticaret Limited Şirketi" nin Azərbaycan Respublikasındakı Filialı barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə,  protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə 13 fevral tarixində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılacaq.

Sabiq İsbəndərli

Chosen
14
14
valyuta.az

10Sources