EN

Yeni transferi “Qalatasaray”a qələbə qazandırdı

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Qaziantep”lə qarşılaşan “Qalatasaray” növbəti qələbəsini qazanıb.

Qonaqlara qələbə qazandıran qola 5-ci dəqiqədə yeni transferi Ahmet Kutucu imza atıb.

Hazırda 57 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 51, “Samsunspor” 40, “Eyüpspor” 39, “Göztəpə” 34, “Başakşəhər” və “Beşiktaş” 32 xal toplayıb.

Chosen
17
23
qafqazinfo.az

10Sources