EN

Paşinyan ABŞ-də etirazla qarşılandı

Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri çərçivəsində ABŞ-dəki həmyerliləri etiraz aksiyası keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə erməni KİV-də xəbərlər dərc olunub.

Fəallar Ermənistan səfirliyinin divarına \"Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılı plakat asıblar.

Bundan əlavə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri onunla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.
Chosen
15
9
azxeber.com

10Sources