Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, “cimbom”un müdafiəçisi Viktor Nelson “Roma”ya transfer olunub.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu mövsümün sonuna kimi icarə əsasında A Seriyası təmsilçisinin heyətində çıxış edəcək.
“Roma” oyunçu üçün Türkiyə klubuna 1 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, Nelson bu mövsüm “Qalatasaray”ın heyətində 18 rəsmi matçda iştirak edib.
İsveç millisinin üzvü “Borussiya Dortmund”da
3 xal "Qalatasaray"a baha başa gəldi
“Bavariya” Noyerlə davam dedi
Mahirin komanda yoldaşı İngiltərə komandasında - rəsmi
Zaniolo “Fiorentina”da - rəsmi