EN

Trampın xüsusi nümayəndəsi fevralın ortalarında Ukraynaya səfər edəcək

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün fevralın ortalarında Ukraynaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Bildirilir ki, bu gün Tramp Rusiya və Ukrayna arasında danışıqların uğurla davam etdiyini vurğulayıb.

ABŞ Prezidenti dəfələrlə rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüş də daxil olmaqla təmaslara hazır olduğunu bildirib. Putin də dialoqun mümkünlüyü barədə bəyanatla çıxış edib. Lakin liderlərin görüşü və ya telefon danışığı ilə bağlı konkret razılaşmalar barədə hələlik məlumat verilməyib.

Chosen
23
5
report.az

10Sources