EN

Çin ABŞ tariflərinə cavab rüsumları tətbiq edir

Çin ABŞ-dan kömür, maye qaz, neft və kənd təsərrüfatı avadanlıqlarına rüsumlar tətbiq edir...

Çin ABŞ-dən gələn kömür, mayeləşdirilmiş təbii qaz (LNG), neft və kənd təsərrüfatı maşınlarına cavab rüsumları tətbiq etmək qərarına gəlib.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurası yanında Tarif və Təsnifat Komitəsi məlumat yayıb.

Qurumun bəyanatında ABŞ-dən ixrac olunan kömür və LNG-yə 15 faiz, xam neft, kənd təsərrüfatı avadanlıqları, böyük tutumlu avtomobillər və yük maşınlarına isə 10 faiz əlavə tariflər tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiqi haqqında fərman imzalayıb.

Fevralın 4-də Çinin ABŞ-yə ixrac etdiyi bütün mallara 10%-lik yeni tarif qüvvəyə minib.

Ağ Ev ABŞ və Çin liderlərinin yaxın iki gün ərzində telefon danışığı aparacağını bildirib.

Poliqon.info

Chosen
29
1
poliqon.info

2Sources