EN

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” yarışında stolüstü tennisçimiz Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş medal qazanıb.

"Operativ Media" xəbər verir ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc medala layiq görülmüşdü.

1Sources