EN

Rusiya XİN: ABŞ Ukraynaya yardım xərclərini azaltmaq üçün döyüşlərin dayanmasını istəyir – ÖZƏL

ABŞ Ukraynada döyüş əməliyyatlarının dayandırılmasını Kiyevə edilən maliyyə xərclərini azaltmaq üçün istəyir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Poliçuk TASS-a müsahibəsində bildirib.

"Oyuncular Kiyevə dəstək verməkdən yorulub. ABŞ üçün döyüşlərin dayandırılması Kiyev rejiminin saxlanması ilə bağlı xərcləri azaltmağa və onun taleyini Avropadakı tərəfdaşlarının üzərinə yükləməyə imkan yaradacaq", - deyə diplomat vurğulayıb.

Poliçuk əlavə edib ki, ABŞ-ın yeni administrasiyasının planlarından danışarkən Vaşinqtonun Ukrayna böhranının əsas müəllifi olduğunu və bu münaqişəyə Kiyevin tərəfində birbaşa müdaxilə etdiyini unutmaq olmaz.

"ABŞ bu münaqişədən qlobal hegemonluğunu təmin etmək üçün bir vasitə kimi istifadə edir. Vaşinqtonun strateji sənədləri dəyişməyib, Rusiya hələ də əsas düşmənlərdən biri kimi qiymətləndirilir", - Poliçuk qeyd edib.

Onun sözlərinə görə, ABŞ siyasətində Rusiyaya "strateji məğlubiyyət" yaşatmaqla bağlı iki partiyalı konsensus mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
50
olaylar.az

10Sources