Olaylar.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tarif və Klassifikasiya Komitəsinin bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, 10 fevral tarixindən etibarən ABŞ-dan idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumları tətbiq ediləcək.
Bundan əlavə, Çin xam neft, kənd təsərrüfatı texnikası, iri mühərrikli avtomobillər və pikap maşınlarına da 10% əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə ABŞ administrasiyası Çindən idxal olunan mallara 10% rüsum tətbiq edəcəyini elan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31