EN

"Ona görə bəzi klublar yerli oyunçuya üstünlük verəcək" - Ayxan Abbasov

“Legioner limiti ləğv edilsə də, 11-dən çox əcnəbi gətirən klublar onların böyük məbləğdə sifarişini yerinə yetirəcək. Sevindirici məqam komanda sayının artırılması və yerli futbolçu oynadan komandalara maddi dəstəyin olacağıdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov AFFA İcraiyyə Komitəsinin 2025/2026 mövsümündə legioner limitinin ləğv olunması barədə qərarına münasibət bildirərkən deyib.

44 yaşlı mütəxəssis meydanda eyni anda 11 legionerin olması və ümumilikdə 17 əcnəbinin yer alması qərarını belə şərh edib: “AFFA-nın limiti ləğv etməsi bəzi komandalar üçün çətin olacaq. Maraqlı məqam yerli futbolçu oynadan komandalara hansısa maddi mükafatların nəzərdə tutulmasıdır. Ona görə bəzi klublar yerli oyunçuya üstünlük verəcək. Yəqin ki, bunun da hansı formada nəzərdə tutulduğu deyiləcək. Ümumən qərar verilib, xeyirli olsun. Təbii ki, hamını razı salmayan məqamlar ola bilər”.

A.Abbasov növbəti mövsümdən Azərbaycan Premyer Liqasında komanda sayının 10-dan 12-yə yüksəldilməsi qərarını isə müsbət hal kimi dəyərləndirib: “Komanda sayının 12-ə artırılması sevindirici məqamdır. İnanıram ki, sonrakı illər komanda sayı 14 və daha çox artırılar. Belədə regionlarda futbolumuz daha geniş təmsil olunar. Bundan sonra Premyer Liqada iştirak edən komandaların şəraitini, yəni. stadionları, məşq bazalarını yaxşılaşdırmaq olar. Bu da futbolun inkişafı üçün çox önəmlidir”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasında verilən qərara görə, 2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq. Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala və meydanda eyni anda 11 əcnəbi futbolçunun oynaya bilər.


Müəllif: Röyanə Oğuz
Chosen
7
teleqraf.com

1Sources