EN

İran milli doktirinasinda Azərbaycanı ölkənin milli təhlükəsizliyinə təhdid kimi qəbul edilib

Azərbaycanla İran arasında siyasi danışıqlar daimamüsbət nəticələnir. Bir müddətdən sonra, Tehran rejimi yenidən öz ampluasına qayıdır. Regionda dəyişən yeni siyasi nizam fonunda əlaqələrin inkişafı mümkün görünməsə də, tərəflər arasında qırılma nöqtəsi yaşanmayacaq.

İranı Ali təhlükəsizlik şurasının katibi bir müddət əvvəl Bakıda oldu. İkitərəfli müsbət mesajlar verildi. Buna baxmayaraq İran mediasında anti-Azərbaycan təbliğatına son verilmədi. Prezidentin xüsusi nümayəndəsi Hikimət Hacıyevin Tehrana səfəri və İran prezidenti ilə görüşməsi, ikitərəfli münasibətlərin dinamikasına müsbət təsir edə bilər. Bu səfər çərçivəsində prezidentin xüsusi nümayəndəsi Azərbaycana qarşı təxribatçı oyunlara son verilməni tələb etməsini istisna deyil.

Bu səfərdən sonra, İran bir müddət gözləmə mövqeyində olacaq. Növbəti mərhələdə ikitərəfli əlaqələrdə yenidən böhran müstəvinə keçməsi gözlənilir. Çünki, İran milli doktirinasinda Azərbaycanı ölkənin milli təhlükəsizliyini təhdid kimi qəbul edilib..

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Chosen
9
visiontv.az

1Sources