EN

Rusiyada zəlzələ oldu

Şimali Kuril adalarının sahillərində zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Rusiya regionunda seysmik hadisə çərşənbə axşamı, fevralın 4-də yerli vaxtla saat 06:06-da (Bakı vaxtı ilə saat 00:06-da) qeydə alınıb.

Yeraltı təkanların gücü 4,2 bal təşkil edib. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 134 kilometr cənub-şərqdə, Sakit okeanda yerləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
32
3
olaylar.az

5Sources