EN

Suriya prezidenti: Türkiyəyə söz vermişik

Biz PKK-nin Suriyada varlığını davam etdirməyəcəyi ilə bağlı Türkiyəyə söz vermişik.

Ölkə.Az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd Əl-Şara Türkiyəyə səfər öncəsi deyib.

Qeyd edək ki, bu gün Suriya prezidenti Əhməd Əl-Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Səfər çərçivəsində Əhmd əl-Şara Türkiyə prezidenti Ərdoğanla görüşəcək.

Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun sözlərinə görə,
keçiriləcək görüşdə Suriyadakı son hadisələr bütün aspektlərdə müzakirə ediləcək.

Mürtəza
Ölkə.Az

Chosen
19
2
olke.az

3Sources