EN

AFFA rəsmiləri “Yuventus” və “Atalanta”nın oyununda

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, həmçinin qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıblar.

Msport.az xəbər verir ki, hər iki şəxs UEFA Gənclər Liqasının 1/16 final mərhələsinin oyununda olacaq.

Könül Mehdiyeva fevralın 11-də keçiriləcək “Dinamo” (Ukrayna) – “Atalanta” (İtaliya), Zümrüd Ağayeva isə ertəsi gün təşkil olunacaq “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) matçının UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Kiyev təmsilçisi rəqibini Antalyada, “Trabzonspor” isə doğma Trabzonda qəbul edəcək.

Chosen
9
2
msport.az

10Sources