Prezident Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini açıq şəkildə tənqid edib.
Fevralın 3-də Ağ Evin saytında USAID-də geniş yayılmış “israfçılıq və sui-istifadələr” barədə məlumat verilib. Bildirilib ki, agentlik yüz milyonlarla dolları “Əfqanıstanda xaşxaş becərilməsi və heroin istehsalı üçün istifadə edilən suvarma kanalları, təsərrüfat avadanlığı və gübrələrə” xərcləyib.
Tramp administrasiyasının qeyri-münasib hesab etdiyi USAID-in xərclərinin digər nümunələrinə Kolumbiyada “transgender operası” üçün 47 min dollar, Peruda “transgender komiksi” üçün 32 min dollar və Misirdə turizmi maliyyələşdirmək üçün 6 milyon dollar daxildir.
Bundan əlavə, hesabatda deyilir ki, agentlik “Suriyada Əl-Qaidə ilə əlaqəli silahlılar üçün” yüz minlərlə yemək porsiyasını maliyyələşdirib.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi 1961-ci ildə yaradılıb.
İnauqurasiya günündə Donald Tramp USAID proqramlarının “Amerika dəyərlərinə” və ABŞ-ın xarici siyasət məqsədlərinə uyğun olduğundan əmin olmaq üçün layihənin xarici yardımını 90 gün müddətinə dondurub.
Fevralın 3-də dövlət katibi Mark Rubio USAID-in rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib ki, bu da ABŞ mediasının qeyd etdiyi kimi, agentliyin faktiki olaraq ABŞ Dövlət Departamentinin nəzarətinə keçməsi deməkdir.