İşğal altındakı İordan çayının qərb sahilinin şimal-şərqində İordaniya vadisində hərbi nəzarət məntəqəsinə təşkil edilən silahlı hücumda 8 İsrail əsgəri yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun radiosunun məlumatına görə, İordaniya vadisindəki hərbi nəzarət məntəqəsində atəş açılıb.
Hücum zamanı ikisinin vəziyyəti ağır olmaqla 8 İsrail əsgəri yaralanıb.
Hücum edənin qarşıdurma nəticəsində öldürüldüyü bildirilir.