EN

Rusiya MN bəzi xəstəliklər üzrə yararlılıq kateqoriyalarının dəyişdirilməsini təklif edib

Rusiya Müdafiə Nazirliyi hərbi xidmətə qeydiyyatdan keçən və müqavilə əsasında hərbi xidmətə daxil olan çağırışçılar üçün bəzi xəstəliklər üzrə yararlılıq kateqoriyalarının tənzimlənməsini təklif edib.

Herbiand.az TASS agentliyinə istinadən bildirir ki, bu barədə Rusiya hökumətinin normativ hüquqi aktların layihələrinin rəsmi portalında dərc edilmiş qərar layihəsində deyilir.

Sənəddə bildirilir ki, sifilis xəstəsi olan çağırışçı üçün “məhdud uyğunluq” kateqoriyasının “kiçik məhdudiyyətlərlə uyğunluq” kateqoriyasına dəyişdirilməsi təklif edilir. Həmçinin, gec, anadangəlmə sifilis xəstəliyinə tutulmuş hərbi qulluqçuların xidmətə yararsız hesab edilməsi bəndinin də çıxarılması təklif edilir.

Bundan əlavə, Müdafiə Nazirliyi şizofreniya, nevrotik xəstəliklər, hipertoniya, kəllə sümüklərinin travma və əməliyyatdan sonrakı qüsurları olan vətəndaşlar üçün kateqoriyaların dəyişdirilməsini təklif edib. Bir çox dəyişikliklər yalnız müqaviləli əsgərlərə şamil ediləcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources