Yaponiyanın Baş naziri Siqeru İsiba cümə axşamı ABŞ-yə üçgünlük səfərə yola düşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.
O, ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq. Əsas mövzulardan biri "Şimali Koreya və Çindən gələn çağırışlara qarşı mübarizə üçün" əməkdaşlığın gücləndirilməsi ilə bağlı olacaq.